Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığortaya münasibətdə dövlət və özəl klinikalara fərqli yanaşma doğru deyil

© AFP 2023 / PIERO CRUCIATTIXəstəxana
Xəstəxana - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
İcbari tibbi sığortaya münasibətdə dövlət və özəl klinikalara fərqli yanaşma doğru deyil – Deputat
BAKI, 17 mart — Sputnik. Vətəndaşların dərman təminatına əlçatanalığının yaxşılaşdırılması, dərmanların qiymətlərinin optimallaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülməsinə ehtiyac var.
B​​unu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl klinikaların sayı 100-ü keçib. Bu yaxşı göstərici olsa da, icbari tibbi sığortaya münasibətdə dövlət və özəl klinikalara fərqli yanaşma olması doğru deyil.
"Hazırda şəxs müalicə və müayinə üçün icbari tibbi sığorta hesabına özəl klinikaya yalnız həmin xidmətlər müvafiq tibb müəssisələrində olmadığı halda və dövlət xəstəxanasının göndərişi əsasında müraciət edə bilər ki, bu da vətəndaşın tibb müəssisəsini və həkimi seçmək hüququnun pozulması olmaqla yanaşı, özəl klinikaları dövlət klinikalarından asılı vəziyyətə salır.
Bizə çatan məlumatlara görə bu, inhisarlaşmağa və digər neqativ hallara da yol açır. Bu qüsurlu yanaşma aradan qaldırılmalı, klinikalar arasında sağlam rəqabət şəraiti yaradılmalı, göndəriş qaydası təkmilləşdirilərək sığortalı vətəndaşların klinikanı və həkimi sərbəst seçmək hüququ təmin olunmalıdır", - deyə Komitə sədri bildirib.
Xəbər lenti
0