Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ dünyanı yenidən bölüşdürməyə başlayıb: İlk qurban kim olacaq

© AFP 2023 / FABRICE COFFRINIF-35
F-35 - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Hərbi blokun Hind-Sakit okean regionunda fəaliyyət göstərdiyini nəzərə alsaq, ilk Pekin narahat olmalıdır.
Mixail Katkov, RİA Novosti
Amerikalılar və onların müttəfiqləri böyük müharibə ilə hədələməklə Çinin artan təsirini cilovlamağa çalışırlar. Xüsusilə, Avstraliya Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozaraq tezliklə nüvə sualtı qayıqları alacaq. Pekini nəyə hazırlaşdırırlar – "RİA Novosti"nin materialında.
Nüvə müqaviləsi
ABŞ, Avstraliya və Böyük Britaniya liderlərinin San-Dieqodakı (Kaliforniya) Poynt-Loma hərbi dəniz bazasında danışıqlarının əsas mövzusu "AUKUS" üçtərəfli İttifaqının gələcək inkişafı olub. O, il yarım əvvəl "Hind-Sakit okean regionunda sabitliyi qorumaq" üçün yaradılıb.
Söhbət ilk növbədə nüvə sualtı qayıqlarının tikintisi texnologiyası, "Hobart" esminesləri üçün "Tomahawk" raketləri, F-18 və F-35 qırıcıları üçün "JASSM" və "LRASM" döyüş sursatları, eləcə də uçuş məsafəsi 400 kilometrdən çox olan yerüstü raket sistemləri alacaq Avstraliyanın yenidən silahlanmasından gedirdi. Öz növbəsində, Kanberra, hipersəs və dəqiq silahların birgə inkişafı üçün pul ayıracağını vəd edib.
Avstraliya hərbçiləri müttəfiqlərin bazalarında təlim keçəcəklər. Amerika və Britaniya sualtı qayıqları Avstraliya limanlarına daha tez-tez daxil olmağa başlayacaq. 2027-ci ildən Vaşinqton və London yerli mütəxəssislərin hazırlanmasını sürətləndirmək üçün Avstraliya limanlarında sualtı qayıqların müntəzəm rotasiyasına başlayacaqlar.
2030-cu illərin əvvəllərində amerikalılar ən azı üç "Virciniya" nüvə enerjisi ilə işləyən gəmini Kanberraya təhvil verəcəklər. Avstraliyalılar öz istehsalı olan sualtı qayıqları 2040-cı illərin əvvəllərində əldə edəcəklər. Yaxın 32 ildə onlar nüvə donanmasının yaradılmasına 245 milyard dollar xərcləyəcəklər. İndiyədək yalnız Rusiya, Böyük Britaniya, Hindistan, Çin, ABŞ və Fransanın nüvə sualtı qayıqları var.
Su əjdahası
Formal olaraq "AUKUS" heç bir ölkəyə qarşı yönəlməyib. Bununla belə, Böyük Britaniyanın Baş naziri Rişi Sunak bəyan edib ki, son 18 ay ərzində ölkəsi üçün daha çox problem yaranıb. Onların arasında Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı, Çinin artan gücü, İran və Şimali Koreyanın "sabitliyi pozan" davranışları var. Hərbi blokun Hind-Sakit okean regionunda fəaliyyət göstərdiyini nəzərə alsaq, ilk olaraq Pekin narahat olmalıdır.
Xüsusən də bu fikri zirvə toplantısının sonunda Vaşinqton və Londonun Çindən gələn təhlükəyə qarşı Avstraliyanın müdafiəsini gücləndirəcəyini yazan "The Sydney Morning Herald" qəzeti də bölüşür. Eyni zamanda ABŞ Prezidenti Co Bayden Çinin "AUKUS"a mənfi münasibətindən narahat olmadığını bildirib. O, üçüncü müddətə yenidən seçilməsi münasibətilə Si Cinpinə zəng edəcəyini vəd edib, lakin hələ ki, qarşıdurmaların kəskinləşməsi ilə Pekinin dialoqa hazır olduğuna dair heç bir əlamət yoxdur. Belə ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın sözlərinə görə, müdafiə naziri Lloyd Ostin çinli həmkarı ilə bir neçə dəfə əlaqə saxlamağa cəhd etsə də, o, cavab verməyib. Maraqlıdır ki, Çin müdafiə departamentinin yeni rəhbəri Li Şanfu 2018-ci ildən Rusiyaya məxsus Su-35 təyyarələri və S-400 zenit-raket komplekslərinin alınmasına görə ABŞ-ın sanksiyaları altındadır.
Bu vaxt Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin, ABŞ, İngiltərə və Avstraliyanın beynəlxalq ictimaiyyətin narahatlığına məhəl qoymadığını və "səhvlər və təhlükələr"yolunda daha da irəlilədiyini söyləyib. Xüsusilə, Pekin hesab edir ki, Avstraliyanın nüvə sualtı qayıqları ilə təmin edilməsi nüvə silahlarının yayılmasına səbəb ola bilər ki, bu da silah yarışını açacaq, həmçinin, regionda sülhə və sabitliyə zərər verəcək.
Leyboristlər Partiyasından olan Avstraliyanın keçmiş baş naziri Pol Kitinqin də oxşar fikirdə olması simvolikdir. Onun sözlərinə görə, nüvə donanmasının yaradılması Kanberranın ən pis qərarıdır: əvəzinə 50-yə qədər adi sualtı qayıq almaq olar. Yeri gəlmişkən, keçmiş hökumət başçısı ümumilikdə "AUKUS"un əleyhinədir. O, əmindir ki, Çinin əsas günahı yalnız Amerika iqtisadiyyatı ilə müqayisə edilə bilən iqtisadiyyat yaratmaqdadır. ABŞ isə Pekini sıxışdırmağa çalışır və bunun üçün yanlış əllərdə alətə çevrilmiş Avstraliyadan istifadə edir.
Yeni dünya
"AUKUS"un üzvləri isə, MAQATE ilə Avstraliya tərəfi arasında hərtərəfli zəmanət müqaviləsinin 14-cü bəndinə işarə edərək nüvə silahının yayılmaması müqaviləsinin pozulmasını inkar edirlər. Onun sayəsində dənizdəki güc qurğuları yoxlamalardan azad edilə bilər. Ancaq vəziyyət, şübhəsiz ki, digər ölkələrin yüksək zənginləşdirilmiş uran və ya plutoniumu beynəlxalq nəzarətdən gizlətmək üçün istifadə etmək istədikləri bir presedentə çevrilib.
Riskləri minimuma endirməkdən ötrü MAQATE Avstraliyadan ABŞ və İngiltərədəki sualtı qayıqlarının heyətinə təlim keçmək üçün razılıq əldə edib. Bundan əlavə, sərf olunan nüvə yanacağını zənginləşdirməyəcəkdir.
"Çin hələ il yarım əvvəl nüvə sualtı qayıqlarının Avstraliyaya verilməsinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozacağını elan edib və bu, heç kimə sirr deyil. Bununla belə, ABŞ beynəlxalq ictimaiyyətin nə düşündüyü ilə maraqlanmır.Onun üçün əsas olan məqsədə çatmaqdır. "AUKUS" Çinin inkişafının qarşısını almaq üçün lazımdır. Vaşinqton Pekinə hərbi təzyiqini artırır", - deyə Çinin İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbərinin müavini Pavel Kamennov deyir.
Onun fikrincə, çinlilər Amerikanın fəaliyyətinə Hərbi Dəniz Qüvvələrinin, o cümlədən nüvə komponentlərinin inkişafı ilə cavab verirlər. "Əslində Pekin artıq silahlanma yarışına girib", - deyə ekspert qeyd edib.
Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Andrey Vinoqradov əmindir ki, Birləşmiş Ştatlar Çinlə döyüşmək istəmir, amma çoxqütblü dünyaya keçid zamanı lazım olan qurumları yaradır. "Onları tam qarşıdurma adlandırmaq olmaz, lakin onlar Hind-Sakit okean regionunda Çin təsirinə qarşı çıxacaqlar", - deyə çinşünas alim izah edib.
Eyni zamanda Vinoqradov hesab edir ki, Çinin cavab variantları çox deyil. Silahlanma yarışı iqtisadiyyatın modernləşdirilməsi problemini həll etməli olan çinlilərdən daha çox amerikalılar üçün faydalıdır. "Pekin Sovet İttifaqının təcrübəsini təkrarlamaq istəmir, lakin ABŞ onu əlverişsiz vəziyyətə salır. Çinin, ən azı güclü oyunçularla hərbi-siyasi əməkdaşlığı olarsa, "AUKUS"a qarşı çıxa bilər. Moskva ilə razılığa gəlmək olar, lakin mövcud vəziyyətdə bunun zərər vuracağı riski var", - deyə ekspert qeyd edir.
"Nə olursa olsun, ABŞ və müttəfiqləri çinliləri hərbi bloklarla əhatə etməyə davam edirlər. Onlar isə 1980-ci illərin əvvəllərindən tutduqları xarici siyasət kursunu davam etdirməyə məcbur olacaqlar: inkişaf etməkdə olan ölkələrin maraqlarını təmsil etmək və münaqişələrin sülh yolu ilə həllini müdafiə etmək. Vinoqradovun fikrincə, hələlik Pekinin başqa variantı yoxdur" – deyə Vinogradov sözünü yekunlaşdırıb.
Xəbər lenti
0