Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Turan Tovuz" səfərdə "Səbail"lə heç-heçə oynayıb

© AFP 2023 / OZAN KOSEFutbol topu, arxiv şəkli
Futbol topu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
Günün digər görüşündə "Neftçi" "Kəpəz"i sınağa çəkəcək. Turun əvvəlki matçlarında "Qarabağ" "Sumqayıt"ı 6:0, "Sabah" "Zirə"ni 2:0 hesabı ilə üstələyib
BAKI, 16 mart - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, günün ilk matçında "Səbail" "Turan Tovuz"u qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Dənizçilər"in heyətində David Qomis 28-ci dəqiqədə fərqlənib. 45-ci dəqiqədə Turan Vəlizadə qonaqların bərabərlik qolunu vurub.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran meydan sahibləri sonuncu - 10-cu pillədə qalıb. Qonaqlar 28 xalla 6-cı sıradadır.
Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Kəpəz"i sınağa çəkəcək. Turun əvvəlki matçlarında "Qarabağ" "Sumqayıt"ı 6:0, "Sabah" "Zirə"ni 2:0 hesabı ilə üstələyib. Tura martın 17-də keçiriləcək "Qəbələ" - "Şamaxı" qarşılaşması ilə yekun vurulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0