DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Suriya danışıqları: Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş nə yerdə qaldı?

© AFP 2023 / LOUAI BESHARASuriya
Suriya  - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
Moskvada keçiriləcək danışıqlar texniki və dörd ölkənin xarici işlər nazirlərinin görüşünə hazırlıq xarakteri daşıyacaq.
BAKI, 15 mart — Sputnik. Martın 15-16-da Moskvada keçiriləcək Suriya üzrə qarşıdakı dördtərəfli danışıqlarda Türkiyə nümayəndə heyəti əsas diqqəti terrorla mübarizə, qonşu ölkədə siyasi proseslərin canlandırılması və konstitusiya komitəsinin iclaslarının davam etdirilməsi məsələlərinə yönəldəcək.
Bu barədə çərşənbə axşamı diplomatik mənbələrə istinadən TRT kanalı məlumat yayıb.
İclasda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edəcək. Rusiya Federasiyasını iclasda Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, İran Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı, Suriya xarici işlər nazirinin müavini Əsəd Ayman Susan təmsil edəcəklər.
Moskvada keçiriləcək danışıqlar texniki və dörd ölkənin xarici işlər nazirlərinin görüşünə hazırlıq xarakteri daşıyacaq.
2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib. İclasda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Bu məsləhətləşmələrdən sonra üç ölkənin xarici işlər nazirlərinin görüşü baş tutmalı, onun gündəliyinə Türkiyə və Suriya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında danışıqlar məsələsi daxil edilməlidir.
Xəbər lenti
0