DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kalın Avropanın iki seçiminin olduğunu açıqladı: bizsiz işləyə bilməzlər

© AFP 2023 / YASIN AKGULKalın
Kalın  - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
Türkiyə prezidentinin mətbuat katibi bildirib ki, Avropa artıq Rusiya neftini və təbii qazını almamaq qərarına gəldikdən sonra bunu kompensasiya etmək üçün onun qarşısında iki mümkün alternativ var.
BAKI, 15 mart — Sputnik. Türkiyə Avropa üçün Rusiya qazına alternativ olaraq Azərbaycan qazının ölkəyə daxil olması üçün öz şəbəkələrinin daşıma tutumunu artıra bilər.
Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Kalın bundan əvvəl Avropanın Rusiya qazından "asılılıq" məsələsinin yaxın 10 ildə aktual olacağını bəyan etmişdi. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsini qısamüddətli perspektivdə alternativ hesab etmək olar. O, həmçinin qeyd edib ki, Türkiyə ərazisindən müxtəlif mənbələrin dəhlizə qoşulması mümkündür.
"Avropa artıq Rusiya neftini və təbii qazını almamaq qərarına gəldikdən sonra bunu kompensasiya etmək üçün onun qarşısında iki mümkün alternativ var. Birincisi, Azərbaycandan Türkiyəyə qaz gəlir. Biz ötürmə gücünü artıra bilərik. Amma bu, yetərli deyil", - deyə o bildirib.
"İkinci alternativimiz Şərqi Aralıq dənizinin enerji ehtiyatlarıdır. Burada siyasi səbəblərdən Türkiyədən yan keçərək Kipr üzərindən Yunanıstana qaz nəqli nəzərdə tutulurdu. Lakin bu, çox baha olacağı üçün bundan imtina edildi. Üçüncü alternativ yoxdur. Türkiyə qalan hər iki alternativdə var, bu proseslərin heç biri bizsiz işləyə bilməz".
Öz növbəsində, bundan əvvəl Aİ və Azərbaycan Cənub Qaz Dəhlizinin imkanlarının ikiqat artırılmasını özündə ehtiva edən anlaşma memorandumu imzalayıb.
Xəbər lenti
0