Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Paytaxtımızda keçiriləcək taekvondo üzrə dünya çempionatının məkanı bəlli olub

© AFP 2023 / ED JONEStaekvondo
taekvondo - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Görüşlərin yekununa əsasən dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunub. Sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə qərar verilib
BAKI, 13 mart — Sputnik. Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cankan Sio Bakıda işgüzar səfərdə olub.
Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytından verilən məlumata görə, WTF rəsminin paytaxtımıza gəlişində əsas məqsəd mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına hazırlıq işləri ilə yerindəcə tanışlıq və ATF rəhbərliyi ilə müzakirələr aparmaq olub.
O, səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Görüşlərdə ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Görüşlərin yekununa əsasən dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunub. Sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə qərar verilib.
Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0