DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Hər şey hər yerdə və dərhal" ilin ən yaxşı filmi kimi "Oskar" qazanıb

© AFP 2023 / ANGELA WEISS"Oskar" mükafatlandırma mərasimi
Oskar mükafatlandırma mərasimi - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Əsas mükafat – "İlin ən yaxşı filmi" adı uğrunda 10 film mübarizə aparıb.
BAKI, 13 mart — Sputnik. Rejissorlar Daniel Şeynert və Den Kvan "Hər şey hər yerdə və dərhal" filmindəki işlərinə görə "İlin ən yaxşı filmi" nominasiyasında "Oskar" qazanıblar. 95-ci "Oskar" mükafatlandırma mərasimi ABŞ-ın Los-Anceles şəhərində keçirilib.
Əsas mükafat – "İlin ən yaxşı filmi" adı uğrunda 10 film mübarizə aparıb. Qalibiyyət üçün rəqabəti Ceyms Kemeronun "Avatar: Su Yolu", Stiven Spilberqin "Fabelmanlar", Martin Makdonun "Banşi İnişerina", Baz Lurmanın "Elvis", Edvard Bergerin "Qərb cəbhəsində dəyişiklik yoxdur", Todd Fildin "Tar", Ruben Estlundun "Kədər üçbucağı", Sara Pollinin "Qadınlar danışır" və Cozef Kosinskinin "Top Qan: Meverik" filmləri aparıb.
"Hər şey hər yerdə və dərhal" filmi 11 kateqoriya üzrə təqdim edilib. Əsas mükafat ilə yanaşı film rejissor, ssenari, montaj, qadın baş rol və ikinci plan rollarına görə "Qızıl Cəngavər" heykəlciyini də qazanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0