Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Oskar" mükafatının qalibləri elan olunacaq

© AFP 2023 / ERIC BARADAT"Oskar" mükafatı
Oskar mükafatı - Sputnik Azərbaycan, 1920, 12.03.2023
Abunə olmaq
ABŞ-da 95-ci dəfə film sahəsində ən yaxşıları müəyyən etməyə çalışacaqlar.
BAKI, 12 mart - Sputnik. ABŞ Kino Akademiyasının versiyası üzrə ilin ən yaxşı filmləri bazar günü seçiləcək.
95-ci mükafatlandırma mərasimi Los-Ancelesdəki Dolby Theatre-də baş tutacaq.
Nə qırmızı xalça yox, nə də qan
Cimmi Kimmel karyerasında üçüncü dəfə mərasimin aparıcısı olacaq. Mükafatların təşkilatçıları aparıcısız keçirilən bir neçə mərasimdən və keçən il eyni anda üç aparıcıya səhnə vermək kimi uğursuz cəhddən sonra bir aparıcı təcrübəsinə qayıdıblar.
Tanınmış komediya aktyoru hələ mərasimdən əvvəl zarafat etməyə başlayıb. Ona təşkilatçılar səbəb verib. Belə ki, 1961-ci ildən bəri ilk dəfə mərasimin qırmızı xalçasız keçirilməsinə qərar verilib. Ulduzların kameralar qarşısında poza verməyi xoşladıqları xalça qalacaq, amma bu il o, qırmızı yox, şampan rəngində, açıq bej olacaq.
“Bu onu göstərir ki, biz qan tökülməsini gözləmirik” deyən Kimmel, keçən il “Oskar” mükafatlandırma mərasimində aktyor Uill Smitin həmkarı Kris Rokun üzünə pis zarafatına görə yumruq vurması ilə bağlı qalmaqala toxunaraq, yeniliyi şərh edib.
Ən yaxşılar
Mükafatın əsas mükafatı - "İlin ən yaxşı filmi" adı uğrunda mübarizədə ənənəvi olaraq on film mübarizə aparacaq. Onların arasında mövsümün açıq favoriti rejissor Den Kvan və Daniel Şeynertin “Hər şey bir anda və hər yerdə” filmi də var. Digər filmlər bunlardır: Ceyms Kemeronun “Avatar: suyun yolu”, Stiven Spilberqin “Fabelmanlar”, Martin Makdonanın “Banşi İnişerin”, Baz Lurmanın "Elvis", Edvard Bergerin "Qərb cəbhəsində təbəddülat yoxdur", Todd Fildin "Tar", Ruben Ostlundun "Kədər üçbucağı", Sara Pollinin "Qadınlar danışır" və Cozef Kosinskinin "Top Gun: Maverik".
Rejissorun “Oskar”ı üçün bu il əvvəlki illərdən fərqli olaraq yalnız kişilər yarışacaq. İl ərzində bir çox "qadın" filmlərinin ekranlara çıxmasına baxmayaraq, namizəd kimi Sriven Spilberq, Martin Makdona, Deniels kimi tanınan Daniel Şeynert və Den Kvan dueti, Todd Fild və Ruben Estlund göstəriliblər.
Ostin Batler ("Elvis"), Kolin Farrel ("Banşi İnişerin"), Brendan Freyzer ("Balina"), Pol Meskal ("Mənim günəşim") və Bill Nayi ("Yaşamaq") “Ən yaxşı aktyor” nominasiyasında “Qızıl cəngavər” heykəlciyi uğrunda mübarizə aparacaqlar.
Ən yaxşı aktrisa nominasiyasında dirijor Lidiya Tar haqqında "Tar" dramındakı roluna görə Keyt Blanşett, Mişel Uilyams ("Fabelmanlar"), Mişel Yeo ("Hər şey bir anda və hər yerdə") - o, ən çox ehtimal olunan qalib hesab olunur, Andrea Raysboro ("Lesli") və "Sarışın qız" filmində Merilin Monro rolunun ifaçısı Ana de Armas. Sonuncu bu kateqoriyada "Oskar"a namizəd olan ilk kubalıdır.
Argentinalı rejissor Santyaqo Mitrenin "Argentina, 1985", alman “Qərb cəbhəsində təbəddülat yoxdur", Belçikanın "Yaxın", Polşanın "İa" və İrlandiyanın “Səssiz adam” filmləri “Ən yaxşı xarici film” nominasiyası üzrə seçilib.
“Ən yaxşı bədii sənədli film” nominasiyasında BAFTA mükafatının qalibi kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi, Venesiya kinofestivalında “Qızıl şir” almış “Bütün gözəllik və qan tökülməsi”, Danimarkalı rejissor Simon Lereng Uilmontun “Oduncaqdan ev”, həmçinin "Nəfəs alan hər şey" və "Sevgi vulkanı" filmləri var.
Ən yaxşı cizgi filmi nominasiyasında Oskar mükafatı uğrunda “Pinokkio Gilermo del Toro”, “Marsel: ayaqqabıda balıqqulağı”, “Çəkməli pişik 2: Son arzu”, “Dəniz canavarı" və "Mən qızarıram” filmləri aparacaqlar.
Mərasim canlı yayımlanacaq. Son illərdə onun televiziya auditoriyası sürətlə azalır, bir vaxtlar on milyonlarla olan tamaşaçı sayı 9 milyondan çox deyil.
Xəbər lenti
0