Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Bayram Beqay: “Heydər Əliyevin dünyanın siyasi liderləri arasında xüsusi çəkisi olub”

© Sputnik / Perventsev / Mediabanka keçidHeydər Əliyev
Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 12.03.2023
Abunə olmaq
Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilir.
BAKI, 12 mart - Sputnik. “Heydər Əliyevin dünyanın siyasi liderləri arasında xüsusi çəkisi olub”.
“Report” xəbərinə görə, bunu Albaniya Prezidenti Bayram Beqay Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, tarixdə Heydər Əliyevin adı Azərbaycanın inkişafı ilə bağlıdır: "Heydər Əliyevin adı Azərbaycanda institusional islahatlar, iqtisadi inkişafla bağldır".
Prezident qeyd edib ki, həm Albaniya, həm də Azərbaycan kommunist rejimlərin altında olub. Diktaturadan çıxmaq və ölkənin yaradılması xüsusi rəhbər tələb edirdi. Onun sözlərinə görə, Heydər Əliyev qarşısında duran bütün vəzifələrin öhdəsindən gələ bildi.
Onun sözlərinə görə, Heydər Əliyev xalqlarımızın və bölgənin inkişafı üçün böyük töhfələr verib: “İnanıram ki, bu gün Heydər Əliyev irsinin qorunması uğrunda səylər davam edəcək. O, daim Azərbaycanın gələcəyi üçün düşünüb. Heydər Əliyev bütün imkanlarını ölkənin gələcəyi üçün səfərbər edib”.
Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 12.03.2023
Heydər Əliyev ili
Sabiq dövlət və hökumət başçıları: “Heydər Əliyev Azərbaycanı dünyada tanıdıb”
Xəbər lenti
0