DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Si Cinpin üçüncü dəfə Çinin rəhbəri seçilib

© AFP 2023 / ANTHONY WALLACESi Cinpin, arxiv şəkli
Si Cinpin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Abunə olmaq
Çin parlamenti Cinpini, həmçinin, yenidən Mərkəzi Hərbi Şuranın rəhbəri seçib.
BAKI, 10 mart — Sputnik. Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXNK) deputatları cümə günü səsvermənin nəticələrinə əsasən yekdilliklə Si Cinpini üçüncü beş illik müddətinə yenidən Çinin sədri vəzifəsinə seçiblər.
Dövlət başçısının seçilməsi cümə günü səhər ÜXNK-nın 14-cü çağırış birinci sessiyasının üçüncü plenar iclasında gizli səsvermə yolu ilə keçirilib.
Plenar iclasda 2952 deputat iştirak edib. Si Cinpinin yenidən Çin Xalq Respublikasının sədri seçilməsi ilə bağlı qərar yekdilliklə qəbul edilib.
Çin parlamenti Cinpini, həmçinin, yenidən Mərkəzi Hərbi Şuranın rəhbəri vəzifəsinə seçib.
Qeyd edək ki, Cinpin Çin tarixində üçüncü müddətə seçilən ilk sədr olub.
Ölkənin hazırkı lideri ilk dəfə 2013-cü il martın 14-də ÜXNK-nın 12-ci çağırış sessiyasında ÇXR-in sədri seçilib, 17 mart 2018-ci ildə isə ÜXNK-nın 13-cü çağırış sessiyasında ikinci beşillik üçün sədr kimi yenidən təsdiq edilib.
Si Cinpinin bu il 70 yaşı tamam olacaq və onun hakimiyyətdə nə qədər qalmağı planlaşdırdığı barədə dəqiq proqnoz yoxdur. Bəzi analitiklər inanırlar ki, hazırkı lider ən azı 2035-ci ilə qədər öz mövqeyini qoruyub saxlamağa çalışır, bu müddət ərzində "sosialist modernləşmə və Çin xalqının dirçəlişinin" birinci mərhələsi planlaşdırılır. Həmin mərhələdə orta gəlirli cəmiyyət qurulmalı, ordu modernləşdirilməli, sosial, iqtisadi və siyasi islahatlar aparılmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0