Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rüstəm İbrahimbəyovun vəfatından bir il ötdü - qəbirüstü abidəsinin açılışı olub

© Sputnik / Kemale AliyevaRüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub
Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Abunə olmaq
Bu gün görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatından bir il ötür. Tanınmış kinematoqrafçının Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.
BAKI, 10 mart — Sputnik. Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub. Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli və ölkənin digər mədəni-ictimai xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak edib.
AKİ sədri Rasim Balayev Rüstəm İbrahimbəyovun sənətini yüksək qiymətləndirib:
"Adam var, evdən gedir, adam var, eldən. Rüstəm kimi sənətkarlar eldən gedir. Rüstəmin ideyaları yaşayacaq. Rüstəmin yaradıcılığı, ssenariləri, kino düşüncəsi bundan sonra gənc kino adamları üçün nümunə olacaq. Bu sənətə gələn adamlar üçün, inkişaf etmək istəyən adamlar üçün məktəb olacaq. Amma həyatdır. Rüstəmin vəfatı mövcud reallıqdır. Mən onu da deyim ki, Rüstəmin vəfatından sonra ittifaqın da işlərində müəyyən çətinliklər var".
© Sputnik / Kemale AliyevaRüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub
На Первой Аллее Почетного захоронения почтили память Рустама Ибрагимбекова - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub
Xalq artisti Rasim Balayev deyib ki, onun ölümü ölkəmiz üçün böyük itki oldu:

"Rüstəm öz sənəti, savadı, intellekti, bacarığı ilə nəyinki ölkəmizdə, eləcə də dünyada tanınmış bir adam idi. O, ölkəmizi yüksək səviyyədə təmsil edirdi. Onunla olduğum ölkələrdə böyük sənət adamlarının Rüstəm İbrahimbəyovun sözlərinə, fikirlərinə, çıxışlarına, dünyaya baxışına xüsusi həssaslıqla yanaşdıqlarının şahidi olmuşam. Bu, məni çox qürurlandırıb, Azərbaycanın belə bir oğulu olduğundan böyük iftixar hissi keçirmişəm".

Qeyd edək ki, Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur. Qəbirüstü abidənin müəllifi A.Zeynalov hazırlıq prosesini barədə məlumat verib:
"Abidəni hazırlamaqdan məmnunam. Əsərin eskizini ailə ilə birgə hazırlamışıq. Abidənin qayəsi bundan ibarətdir ki, bütün insanlar dünyaya rəssamların, yaradıcı şəxsiyyətlərin prizmasından baxırlar. Məncə, biz bu fikri çatdıra bilmişik".
© Sputnik / Kemale AliyevaRüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub
На Первой Аллее Почетного захоронения почтили память Рустама Ибрагимбекова - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub
Rüstəm İbrahimbəyov kimdir?
Xatırladaq ki, R.İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.
O, 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii filmlər və televiziya filmləri çəkilib. 1989-cu ildə əsası qoyulan "İbrus" şirkətinin və eyniadlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub.
Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. Onun "Urqa - məhəbbət dairəsi" əsəri Nikita Mixalkov tərəfindən ekranlaşdırılmış, ABŞ-da "Cənnətə bağlı" adıyla tanınmışdı. Film Venesiya Film Festivalının Qızıl Şir Mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks Mükafatı"na layiq görülmüşdü.
Bu film hətta ən yaxşı xarici dildə tərcüməyə görə, 1992-ci ildə "Amerika Film"də Akademiya Mükafatına layiq görülmüşdü. Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filminə görə "Ən yaxşı xarici dilli film" kimi Akademiya Mükafatı, Jurinin Böyük Prizi təqdim olunmuşdu. Həmin film 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Akademiya Mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalına layiq görülüb. Daha bir filmin ssenari müəllifi olduğu "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılmışdı.
Onu da qeyd edək ki, Rüstəm İbrahimbəyov həm də 10-dan artıq teatr tamaşasının ssenari müəllifi olub. Dramaturqun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi ən populyar filmidir. Rüstəm İbrahimbəyov, həmçinin, dünyanın 100 teatrında səhnələşdirilən 15 pyesin müəllifidir: "Bağlı qapı arxasında qadın", "Kaliforniyada dəfn", "Qumda ev" , "Şirə oxşayan" və s.
Rüstəm İbrahimbəyov Filmmeykerlər İttifaqı Konfederasiyasının sədri, Rusiya Filmmeykerlər İttifaqının katibi, Avropa Film Akademiyasının və Kinofilm Yaradıcılığı Akademiyası və Elmi təşkilatının üzvü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0