Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İnna Kostina tamaşaçıları “Göyün yeddinci qatı”na qaldırdı

© Photo : Facebook / Inna KostinaИнна Костина, фото из архива
Инна Костина, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Abunə olmaq
Sərgidə sənətkarın görmə qabiliyyəti məhdud insanlar üçün yaratdığı kiçik ölçülü rəsmlər və bu eksponatların yanında brayl şrifti ilə onlarla bağlı mətnlər yer alıb.
BAKI, 10 mart - Sputnik. Bu gün Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam İnna Kostinanın “Göyün yeddinci qatı” fərdi yubiley sərgisinin açılışı olub. Sərgidə müəllifin yaradıcılığının əsas istiqamətini təşkil edən zərif ipək üzərində rəsmləri – batika sənəti nümunələri, eyni zamanda rəngkarlıq əsərləri və instalyasiyası yer alıb.
Ekspozisiyada öz fərdi üslubu ilə seçilən rəssamın sirli dünyasını, doğma yurdu Azərbaycana xüsusi bağlılığını əks etdirən 14 əsəri nümayiş etdirilib.
İnna Kostinanın böyük sevgi və yaradıcılıq fədakarlığı ilə ərsəyə gətirdiyi əsərlərdən ibarət sərgi həm də inklüziv xarakter daşıyır. Burada onun görmə qabiliyyəti məhdud insanlar üçün yaratdığı kiçik ölçülü rəsmlər – taktil batika nümunələri də sərgilənəcək və bu eksponatların yanında brayl şrifti ilə onlarla bağlı mətnlər yer alıb. Muzey tərəfindən sərgidə nümayiş olunan əsərlərdən ibarət kataloq da çap olunub.
Layihənin kuratoru Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovadır. Sərgi aprelin 10-dək davam edəcək.
İnna Kostina kimdir?
Azərbaycanın əməkdar rəssamı İnna Kostina 1962-ci ildə Bakıda anadan olub. 1984-cü ildə Kostina Moskva Rəssamlıq Məktəbinin rəssamlıq fakültəsini, 1984-1989-cu illərdə isə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb.
İxtisas üzrə - bədii filmlərin və televiziyaların quruluşçu rəssamı olub. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoq kimi fəaliyyət göstərir. İnna Kostina orijinal rəssam kimi tanınır, həmçinin "batik" texnikasından istifadə edərək ipək üzərində rəsm çəkmək üzrə dünyanın ən yaxşı mütəxəssislərindən biridir.
Hazırda İnna Kostina Azərbaycan Rəssamlar İttifaqının və Kinematoqrafçılar İttifaqının üzvüdür, eyni zamanda bir sıra yerli və beynəlxalq müsabiqələrin laureatıdır. 250-dən çox müxtəlif sərgilərin iştirakçısıdır. 1987-ci ildən onun əsərləri İtaliya, Almaniya və Norveç də daxil olmaqla 30-dan çox ölkədə muzey və qalereyalarda nümayiş etdirilir.
Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Rusiya Federasiyasının Tomsk vilayətinin İncəsənət Muzeyində, “Köhnə Qalereya” qalereyasında və Gürcüstanın Karvasla Muzey Mərkəzində, İncəsənət Mərkəzində saxlanılır. Rəssamın əsərləri Azərbaycanda və dünyanın 25-dən çox ölkəsində şəxsi kolleksiyalarda saxlanılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0