CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erməni terrorundan zərər görənlərə psixoloji yardım göstərilir

© Depositphotos.com / AndrewLozovyiPsixoloji yardım
Psixoloji yardım - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Abunə olmaq
Terrordan əziyyət çəkənlər Nazirliyin "112" qaynar telefon xətti vasitəsi ilə qeydiyyata yazıla bilərlər.
BAKI, 10 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, həmçinin şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlarla bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, həmçinin şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyə Respublikasından bir qrup peşəkar psixoterapevt ölkəmizə dəvət edilib və FHN-in psixoloqları ilə birgə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bunun davamı olaraq yenidən FHN-nin dəvəti ilə qardaş Türkiyədən ölkəmizə gələn 20 nəfərdən artıq mütəxəssis nazirliyin psixoloqları ilə birlikdə Bakı və Naxçıvan şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların reabilitasiyasını həyata keçirir.
Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin "112" qaynar telefon xətti vasitəsi ilə qeydiyyata yazıla bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0