DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Seyran Ohanyanın məhkəməsi təxirə salındı

© Sputnik / Mediabanka keçidSeyran Ohanyan
Seyran Ohanyan - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Ermənistan Baş Prokurorluğunun hazırladığı işin materiallarına görə, iki hərbi hissənin əraziləri və binaları Ohanyanın göstərişi ilə bazar qiymətlərindən xeyli aşağı qiymətə satılıb.
BAKI, 9 mart — Sputnik. Ermənistan parlamentinin deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyan və digərlərinin işi üzrə məhkəmə iclası təxirə salınıb.
Məhkəmənin növbəti iclası aprelin 13-də keçiriləcək.
Ohanyan daha əvvəl deputat toxunulmazlığından məhrum edilib.
Ermənistan Baş Prokurorluğunun hazırladığı işin materiallarına görə, iki hərbi hissənin əraziləri və binaları Ohanyanın göstərişi ilə bazar qiymətlərindən xeyli aşağı qiymətə satılıb. Torpaqlardan birinin real alıcısı həmin hərbi hissələrdən birinin ovaxtkı komandiri Qriqori Xaçaturov olub, lakin formal olaraq ərazi onunla əlaqəli Edqar Arşakyanın adına qeydə alınıb.
Eyni zamanda, iş çərçivəsində Müdafiə Nazirliyindən Silahlı Qüvvələrin bu obyektlərə ehtiyacının qalmaması ilə bağlı heç bir əsaslandırma təqdim olunmayıb.
Xəbər lenti
0