Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Barselona" Xavi Ernandeslə uzunmüddətli müqavilə imzalayacaq

© AFP 2023 / JAVIER SORIANOXavi Ernandes
Xavi Ernandes - Sputnik Azərbaycan, 1920, 08.03.2023
Abunə olmaq
Xavi Ernandesin "Barselona" ilə 2024-cü ilin iyununadək müqaviləsi var.
BAKI, 8 mart - Sputnik. İspaniya "Barselona"sı baş məşqçisi Xavi Ernandeslə uzunmüddətli müqavilə imzalayacaq.
"Report"un məlumatına görə, bu barədə klubun prezidenti Joan Laporta "Marca" nəşrinə açıqlama verib.
Funksioner bildirib ki, 43 yaşlı mütəxəssis uzun illər komandanın sükanı arxasında qalmağa layiqdir: "O, La Liqanın qalibi olacağı halda sözləşmənin uzadılmasını istəyir. Amma düşünürəm ki, bunu daha tez etmək mümkün olacaq".
Qeyd edək ki, Xavi Ernandesin "Barselona" ilə 2024-cü ilin iyununadək müqaviləsi var.
Xəbər lenti
0