SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tbilisidə Azərbaycan-Türkiyə-Gürcüstan parlament komitələrinin görüşü olacaq

© Photo : REPORTTbilisi Şəhər Şurasının (sakrebulo) binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Tbilisi Şəhər Şurasının (sakrebulo) binası  Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Abunə olmaq
Azərbaycan nümayəndə heyəti gün ərzində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, həmçinin parlamentin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze ilə görüşəcək.
BAKI, 6 mart — Sputnik. Bu gün Tbilisidə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək.
Görüşdə iştirak edəcək Azərbaycan Milli Məclisinin nümayəndə heyəti artıq Gürcüstandadır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Sevinc Fətəliyeva, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Emin Məmmədov daxildir.
Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündən öncə Gürcüstan parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov arasında üçtərəfli görüş olacaq. Daha sonra xarici əlaqələr komitələrinin geniş tərkibdə görüşü baş tutacaq.
Azərbaycan nümayəndə heyəti gün ərzində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, həmçinin parlamentin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze ilə görüşəcək.
Azərbaycanlı deputatların gün ərzində Gürcüstan Xarici İşlər Nazirliyində nazir müavini Laşa Darsalia ilə görüşü də planlaşdırılıb (APA).
Martın 7-dək davam edəcək səfər çərçivəsində parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacağı bildirilib.
Xəbər lenti
0