DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın Rusiyanın tezliklə məğlub olacağı barədə mifi dəstəkləməsi getdikcə çətinləşir

© AFP 2023 / SAMUEL CORUMABŞ bayrağı
ABŞ bayrağı - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Abunə olmaq
Münaqişənin nəticəsindən asılı olmayaraq, onun qızışdırılmasında sadəcə iştirak etmək Baydenin yenidən seçilmək şansını xəyala çevirir.
BAKI, 6 mart — Sputnik. ABŞ-ın Rusiyanın tezliklə məğlub olacağı və Ukraynanın döyüş meydanında qalib gələcəyi barədə mifi dəstəkləməsi getdikcə çətinləşir.
Bu qiymətləndirmə bazar ertəsi Avstraliyanın aparıcı "Australian" qəzetində dərc olunan bir məqalədə verilib.
"Hərbi əməliyyatların gedişi belədir ki, Baydenin Ukraynanın döyüş meydanında qalib gəldiyinə inamını qorumaq hər gün getdikcə çətinləşir, çünki əslində daha çox Ukrayna şəhəri xarabalığa çevrilir, əsgərləri ölür və milyonlarla vətəndaş ölkədən qaçır", - deyə məlumatda bildirilir.
"Rusiyanın dağılması və ya Putinin devrilməsi ilə bağlı bütün proqnozların əksinə olaraq rus qoşunları yavaş - yavaş Artyomovska doğru irəliləyirlər və bu münaqişə iştirak edəcəyi 2024-cü il seçkilərindən əvvəl Amerika prezidentinin boynunda böyük bir boyunduruq olacaq. Münaqişənin nəticəsindən asılı olmayaraq, onun qızışdırılmasında sadəcə iştirak etmək Baydenin yenidən seçilmək şansını xəyala çevirir", - nəşr yazır.
Nəşr onu da qeyd edir ki, Rusiya ardıcıl olaraq Ukraynanın NATO-ya daxil olmasının qəbuledilməzliyi və "Krımın böyük dövlət kimi yaşaması üçün həyati əhəmiyyəti" ilə bağlı tələblərini irəli sürdüyü bir halda, ABŞ prezidenti dəfələrlə verdiyi vədləri pozub. Nəşr Amerika öz əsgərlərini Kiyev rejiminin müdafiəsinə göndərməmək öhdəliyini asanlığına poza biləcəyinə işarə edərək, "Bayden nə tankların, nə də döyüş təyyarələrinin olmayacağını vəd etmişdi, lakin tanklar yoldadır, qırıcıların tədarükü isə hələlik istisna edilib" deyə qeyd edib.
Xəbər lenti
0