Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Hipermarketdə baş verən hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb - hadisənin videosu

© Depositphotos.com / IvankmitTapança
Tapança - Sputnik Azərbaycan, 1920, 04.03.2023
Abunə olmaq
Xətai rayonunda baş verən hadisə ilə bağlı DİN əməliyyat qrupu hadisə yerinə cəlb edilib.
BAKI, 4 mart - Sputnik. Bakıdakı hipermarketdə baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
TƏBİB-dən hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib.
***
Bakıda hipermarketdə baş vermiş atışma nəticəsində zərərçəkənlərin adları məlum olub.
APA-nın xəbərinə görə, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ölən şəxs polis əməkdaşı Həsənov Rüfət Rahib oğludur.
***
Bakıda marketlərin birində silahlı atışma olub. Report-un məlumatına görə, hücumun inkassatorun maşınına olduğu bildirilir. Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib:
“Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək”.
Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək tövsiyə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0