Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azad edilmiş ərazidə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkarlanıb

© Sputnik / Ilham MustafayevAllahverdi Əliyevin evində saxladığı nəhəng sümük parçası
Allahverdi Əliyevin evində saxladığı nəhəng sümük parçası - Sputnik Azərbaycan, 1920, 02.03.2023
Abunə olmaq
Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkar edilib.
BAKI, 2 mart — Sputnik. Martın 1-də Füzuli rayonunun işğaldan azad edilən Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkar edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bir müddət öncə Kəlbəcərdə insan sümüyü və qadına məxsus geyim əşyaları aşkarlanıb. Bununla bağlı Kəlbəcər rayonunun Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
Xəbər lenti
0