Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Patruşev: "Seçim etmək lazımdır"

© Sputnik / Арам НерсесянRusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) katibi Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, bütün dünya, bütün suveren dövlətlər həqiqət anını yaşayır.
BAKI, 1 mart — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qərbin Rusiya Federasiyasına qarşı başlatdığı aqressiya qarşısında göstərdiyi dəstəyə görə Venesuelaya minnətdarlığını bildirib.
Patruşev Karakasda keçirilən Rusiya-Venesuela təhlükəsizlik məsləhətləşmələrində deyib:

"Biz Bolivar rəhbərliyinin Qərbin və NATO-nun dağıdıcı siyasətini, habelə Rusiyaya qarşı təcavüzü ictimai şəkildə qınamasını yüksək qiymətləndiririk".

Patruşev qeyd edib ki, bütün dünya, bütün suveren dövlətlər həqiqət anını yaşayır:

"Seçim etmək lazımdır - inkişaf yolunu, dəyərlərinizi və şəxsiyyətinizi seçmək azadlığını müdafiə etmək və ya ABŞ-ın rəhbərlik etdiyi qondarma kollektiv Qərbin diktəsinə tabe olmaq".

Rusiya prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, ölkə iqtisadiyyatı Qərbin sanksiyalar tətbiq edərkən güman etdiyindən qat-qat güclü olub.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyadan sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0