Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Lavrovun Bakı səfəri hansı mesajlarla yadda qaldı? - Azərbaycanın gözləntiləri açıqlandı

© Sputnik / Murad Orujov Lavrov
 Lavrov - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Abunə olmaq
Millət vəkili bildirib ki, Lavrovun Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdə səsləndirilən fikirlər xüsusi əhəmiyyət kəsb edirdi.
BAKI, 1 mart — Sputnik. Fevralın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəlib. İki günlük səfər çərçivəsində Rusiya XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirib. Bundan başqa Rusiya xarici diplomatiyasının rəhbəri Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclasında iştirak edib.
Rusiya XİN rəhbərinin Azərbaycana səfəri və bu səfər çərçivəsində verilmiş mesajlarla bağlı millət vəkili Elman Nəsirov və siyasi şərhçi Aydın Quliyev Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Millət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov bildirib ki, Lavrovun Azərbaycana bu səfəri ötən ilin fevralın 22-də Azərbaycan və Rusiya Prezidentlərinin imzaladığı müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalanmasının bir ilinin tamam olması münasibətilə həyata keçirilib:
"Lavrovun Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdə səsləndirilən fikirlər xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan Prezidenti açıq şəkildə bildirdi ki, Rusiya bizim dost, qonşu və müttəfiq dövlətdir. Azərbaycan və Rusiya liderləri arasında tez-tez təmaslar olur, eyni zamanda hökumət və parlament rəhbərləri səviyyəsində də görüşlər keçirilir. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni sahədə əlaqələr artan templə inkişaf edir. Bu baxımdan nəticələr də ürəkaçandır. Xüsusilə də Rusiya XİN rəhbərinin səfəri zamanı qeyd olundu ki, Bəyannamənin imzalanmasından keçən bir il müddət ərzində ikitərəfli qarşılıqlı ticarət dövriyyəsi 30 faiz artıb və təxminən 4 milyard dollara yaxınlaşıb".
Millət vəkili onu da qeyd edib ki, Rusiya XİN rəhbərinin səfərində regional təhlükəsizlik məsələləri müzakirə edilib:

"Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələr aparıldı. Bəlli oldu ki, Rusiya və Ermənistan müttəfiq dövlətlər olsalar belə, iki ölkənin münasibətlərində ciddi çatlar var. Nəzərə alsaq ki, Rusiya Dövlət Dumasının sədri Ermənistanı nəzərdə tutaraq ona dövlətçiliyini itirə biləcəyi ilə bağlı xəbərdarlıq etdi. Çünki Ermənistanın son davranışları bunu şərtləndirirdi. Ermənistanın Avropa İttifaqının özündə hərbi elementləri ehtiva edən mülki missiyasını iki il müddətinə qəbul etməsi təbii ki, Moskva ilə münasibətlərə mənfi təsir göstərən amillərdir. Bundan fərqli olaraq Azərbaycanla əlaqələr dinamik inkişaf yolunu tutub. Sergey Lavrov da ifadə etdi ki, ölkəsi Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların icra edilməsinə sadiqdir. Rusiya XİN rəhbəri qeyd etdi ki, regionda dayanıqlı sülhün təmin edilməsi üçün əllərindən gələni edəcəklər".

Siyasi ekspert Aydın Quliyev də Rusiya XİN rəhbərinin səfəri ilə bağlı fikirlərini bölüşdü. O qeyd etdi ki, Lavrovun səfəri çox maraqlı bir dövrə təsadüf edir və burada Azərbaycana, Ermənistan və regionda maraqları olan digər qüvvələrə aydın mesajlar verilib:
"Xüsusilə də indiki şəraitdə bizim bölgəmizə nüfuz etmək və Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istəyən Avropa qüvvələrinə və dövlətlərinə açıq mesajlar var. Bizim bölgəmizə Rusiya ilə əks mövqedə dayanan qüvvələri cəlb edən və bunu açıq şəkildə bildirən Ermənistana da xəbərdarlıqlar edildi. Eyni zamanda bölgədə sülh və təhlükəsizlik naminə aydın siyasət aparan Azərbaycanın mövqeyinə anlayışlı münasibət ifadə edildi. Xüsusilə də Azərbaycan Prezidenti ilə görüşdə Rusiya XİN rəhbəri ölkəsinin bölgənin gələcəyini müəyyənləşdirməkdə iki ölkənin imkanlarının olduğunu vurğuladı. Ancaq ümumi şəkildə desək, bölgəmizdə vəziyyət qeyri-müəyyəndir".
© Photo : TRENDAydın Quliyev
Политический эксперт Айдын Гулиев - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Aydın Quliyev
A.Quliyev regiondakı qeyri-müəyyənliyi bununla izah etdi:

"Ortada imzalanmış üçtərəfli bəyanatlar var, ancaq hələ də Vətən müharibəsindən sonrakı dövrdə problemlərin həlli istiqamətində həlledici addımlar atılmayıb. Biz burada Ermənistanın destruktiv siyasətini qeyd etməliyik. Ermənistan bölgədə dayanıqlı sülhün bərqərar olmaması üçün əlindən gələni edir. Amma bizim Rusiyadan gözləntimiz odur ki, Şimal qonşumuz Ermənistan üzərindəki təsir imkanlarından istifadə edərək bu siyasətin qarşısını alsın. Xüsusilə də Ermənistanın bölgəmizə Qərb dövlətlərini cəlb etməyə çalışması təhlükəli nəticələrə gətirib çıxara bilər. Ona görə də Rusiyanın bu prosesə müdaxilə etməsi zəruridir. Hazırda biz Rusiyanın Ermənistanın bu siyasətinə qarşı müqavimət göstərdiyini görürük, amma problemlərin həlli yönündə Ermənistana yetərli təzyiqlər edilmir".

Ekspert həmçinin bildirib ki, Lavrovun Bakı səfərindən sonra Rusiyanın Ermənistanın bu pozuculuq siyasətinə qarşı təsirli addımların atılması zərurətinə lazımi anlayış göstərəcəyinə ümid etmək olar.
"Çünki Azərbaycanın bölgədə sülhün bərqərar olması üçün ardıcıl addımlar atmasına baxmayaraq Ermənistanın destruktiv siyasəti vəziyyəti əks istiqamətdə dəyişir. Azərbaycan açıq şəkildə bəyan edir ki, siyasi dialoq, nəqliyyat, yükdaşıma, humanitar istiqamətlərdə ciddi qarşılıqlı addımların atılmasını gözləyir", - deyə siyasi şərhçi qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0