Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edildi - VİDEO

© Sputnik / Murad OrujovВ Азербайджане отмечают "Йел чершенбеси"
В Азербайджане отмечают Йел чершенбеси - Sputnik Azərbaycan, 1920, 28.02.2023
Abunə olmaq
Dövlət qurumu xəbərdarlıq edib ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara, acı nəticələrə səbəb olur.
BAKI, 28 fevral — Sputnik. Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan və hər birimiz üçün əziz olan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara, acı nəticələrə səbəb olur.
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Novruz bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır. Belə ki,
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Xəbər lenti
0