Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mədəniyyət sahəsində Dövlət proqramı nə vaxt hazırlanacaq?

© AP Photo / Alex Sanzkinolent
kinolent - Sputnik Azərbaycan, 1920, 28.02.2023
Abunə olmaq
Adil Kərimli bildirib ki, "Mədəni irs haqqında" qanun layihəsi qeyri-maddi irsi də əhatə edəcək.
BAKI, 28 fevral — Sputnik. Bu gün təqdim olunan layihə Azərbaycanda mədəni irsin qorunması üçün zəruridir. bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli deyib. Onun sözlərinə görə, mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılması önəmlidir:
"Bu çox zəruri və əhəmiyyətli məsələdir. Qısa zaman ərzində mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili ilə məşğul olmuşuq. Artıq təyinatımdan iki ay keçib. Bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri, infrastruk, kadr potensialı ilə bağlı təhlil mərhələsindən keçməkdəyik. Problemlərlə daha yaxından tanış oluruq. İnstisional səviyyədə problemləri gördükcə bu sahədə çoxlu qüsurların mövcud olduğunun şahidi oluruq. Mədəniyyət sahəsinə hökumət tərəfindən hər zaman xüsusi diqqət və qayğı var".
A.Kərimli söyləyib ki, hər hansı səbəbdən kadr yanaşmaları fərqli istiqamətdə olub. Onun sözlərinə görə, xüsusilə də burada subyektiv səbəblər çoxdur:
"Bu sahədə geniş müzakirələrə ehtiyac var. Qeyri-maddi mədəni irs sahəsi tək Mədəniyyət Nazirliyinin sahəsi deyil. Problem ondan ibarətdir ki, cəmiyyətin bu sahəni ayrı və fərqli kateqoriya kimi kənardan müşahidə etmək yanaşması var. Amma bu bizim bəlamızdır. Cəmiyyətin hər bir üzvünün əsas istəyi məhz mədəniyyət sahəsinin inkişafı olmalıdır. Aidiyyəti şəxsləri bu işə cəlb etməsək bu prosesdə hər hansı uğurun qazanılmasından və irəliləməsindən söhbət aça bilmərik. Gələcəkdə "Mədəni irs haqqında" qanun layihəsini hazırlayaraq təqdim etmək istəyirik".
Qeyd edək ki, Qeyri-maddi mədəni irs nümunələrinin hansı tələblərə cavab verməli olduğu müəyyənləşir. Bu, "Qeyri-maddi mədəni irs haqqında" yeni qanun layihəsində öz əksini tapıb. Sənəddə qeyd olunan həmin siyahıya şifahi xalq yaradıcılığına aid nümunələrin mütləq anonimliyi, qeyri-maddi mədəni irs nümunələrin şifahi, qeyri-rəsmi və rəsmi formada yaradılması, qorunması və nəsildən-nəsilə ötürülməsi, ərazi, etnik, dini, yaş, gender və sosial meyarlardan birinə və ya bir neçəsinə cavab verməsi və nümunələrin Azərbaycan xalqına, ayrı-ayrı sosial qruplara və ya fərdi şəxslərə mənsubluğu aiddir.
"Qeyri-maddi mənəvi irs haqqında" qanunun müddəaları Azərbaycan ərazisində Azərbaycan xalqı, ayrı-ayrı sosial qruplar və ya fərdi şəxslər tərəfindən yaradılan, qorunan və nəsildən-nəsilə ötürülən, Azərbaycan xalqının mədəni ənənələrini təmsil edən qeyri-maddi mədəni irs nümunələrinə şamil olunmur.
Qeyri-maddi mənəvi irs nümunələrinin qorunmasının maliyyələşdirilməsinə gəlincə, bu məsələ dövlət büdcəsindən ayırmalar, qeyri-maddi mədəni isr sahəsində fəaliyyətdən əldə olunan gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq.
Qanunun pozulmasına görə şəxslər Mülki və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hallarda məsuliyyət daşıyırlar.
Xəbər lenti
0