Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş şagirdlər Bakı məktəblərində təhsilə cəlb olunub

© Sputnik / Murad OrujovBakıda məktəbdə dərs prosesi
Bakıda məktəbdə dərs prosesi - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Alı Rza Altunel bildirib ki, zəlzələ bölgəsindən şagirdlərin Bakıdakı liseylərə təhsilə cəlb edilməsi prosesi davam edəcək.
BAKI, 27 fevral — Sputnik. Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub. Məlumata görə, şagirdlər Bakı Anadolu Liseyinə və Bakı Atatürk Liseyinə yerləşdirilib.
Şagirdlər bir neçə gündür həmin liseylərdə təhsil alırlar.
Məlumatı Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Alı Rza Altunel "Report"a təsdiqləyib. O bildirib ki, zəlzələ bölgəsindən şagirdlərin Bakıdakı liseylərə təhsilə cəlb edilməsi prosesi davam edəcək.
Bakı Atatürk Liseyindən isə bildirilib ki, zəlzələ bölgəsindən gəlmiş şagirdlər bu liseydə ödənişsiz təhsil alacaqlar.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və on minlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 218 nəfər ölüb.
Xəbər lenti
0