Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Cənubi Qafqaz sərhədi yaxınlığında alovu qızışdırmaq istəyənlər var

© Sputnik / Виктор АнтонюкСВО
СВО - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Andrey Klimov qeyd edib ki, Rusiya regionda Cənubi Qafqazın hər bir dövlətinin suverenliyinə hörmətlə yanaşaraq dialoq aparmağa çalışır.
BAKI, 27 fevral — Sputnik. Xarici oyunçular Rusiya sərhədləri boyunca, o cümlədən, Cənubi Qafqazda daha çox "tonqal" yandırmağa çalışırlar.
Bunu Rusiya Federasiyasının dövlət suverenliyinin müdafiəsi üzrə Federasiya Şurası komissiyasının rəhbəri Andrey Klimov bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması peşəkar yanaşma tələb edən ciddi və uzun prosesdir.
"Təəssüf ki, ən başlıca məqsədləri Rusiya Federasiyasının sərhədləri ətrafında daha çox "tonqal" yandırmaq olanlar bu prosesə müdaxilə edirlər", - deyə Klimov "Rossiya Seqodnya" media qrupunda keçirdiyi brifinqdə Cənubi Qafqazdakı vəziyyətlə bağlı bəyan edib.
Federasiya Şurası komissiyasının rəhbəri vurğulayıb ki, Rusiya bu baxımdan nümunəvidir, regionda hər bir dövlətin suverenliyinə hörmətlə dialoq aparmağa çalışır.
"Amma problem ondadır ki, dənizlər, okeanlar üzündən orada hadisələrin necə getdiyinə əhəmiyyət verməyənlər, daha çox münaqişələrin olması ilə maraqlananlar orada özünü göstərməyə başlayırlar. Bu, işə mane olur, məncə, Ermənistan xalqına mane olur. Amma nəticəni erməni qonşuların özləri çıxarmalıdır", - deyə deputat bildirib.
Ermənistanda müxtəlif ölkələrdən müşahidəçilərin olması məsələsinə münasibət bildirən Klimov qeyd edib ki, bu məsələ ilk növbədə Ermənistan tərəfinə ünvanlanmalıdır.
"Bu, onların dövlətidir, onların ərazisində hansı müşahidəçilərin olacağına qərar vermək hüquqları var. Mən bu sualı Yerevana yönləndirərdim", - deyə rus senator izah edib.
Xəbər lenti
0