Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu gündən martın 1-nə qədər maqnit qasırğası gözlənilir

© AFP 2023 / PEKKA SAKKI / LEHTIKUVAMaqnit qasırğası, arxiv şəkli
Maqnit qasırğası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Ötən həftə Günəş səthində baş vermiş alışmalar hesabına yaranan Tac Kütlə Atılmasının (Coronal Mass Ejection – CME) fevralın 27-də Yerə çatacağı və onun təsirinin fevralın 28-dək davam edəcəyi proqnozlaşdırılır.
BAKI, 27 fevral — Sputnik. Bu gündən başlayaraq martın 1-dək maqnit qasırğası gözlənilir.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd olunub ki, 24-25 fevralda Günəş səthində baş vermiş alışmalar hesabına yaranan Tac Kütlə Atılmasının (Coronal Mass Ejection – CME) fevralın 27-də Yerə çatacağı və onun təsirinin fevralın 28-dək davam edəcəyi proqnozlaşdırılır.
Fevralın 24-də baş vermiş CME-nin təsirindən fevralın 27-də Yerdə geomaqnit sahə G2 (orta) qasırğa səviyyəsinə yüksələcək. Fevralın 28-də bu təsirin saxlanacağı, martın 1-də isə geomaqnit sahənin qeyri stabil-aktiv səviyyədə olacağı, bəzi saatlarda G3 (güclü) səviyyəsinə yüksələcəyi gözlənilir.
Bu gün Günəşdə alışmaların başvermə ehtimalı C sinif (Yerə təsir edə bilməyən) alışmalar üçün 99%, M sinif (zəif və az təsirli olaraq radiodalğaların yayılmasını əngəlləyən) alışmalar üçün 65% və X sinif (güclü) alışmalar üçün isə 15%-dir.
Geomaqnit qasırğası risk qrupuna daxil olan xroniki xəstələr, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yarada bilər.
Meteohəssas insanlara həkimlərin məsləhəti ilə profilaktik tədbirlər görmək tövsiyə olunur.
Xəbər lenti
0