Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Novqorod yaxınlığında kütləvi qəza: 40-dan çox avtomobil toqquşdu, ölən var

© AP Photo / Boris RoesslerZəncirvari qəza, arxiv şəkli
Zəncirvari qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.02.2023
Abunə olmaq
Pis hava şəraiti üzündən qəzanın baş verdiyi magistral yolda yük maşınlarından ibarət 4 kilometr məsafədə uzanan tıxac meydana gəlib.
BAKI, 26 fevral - Sputnik. Rusiyanın Novqorod vilayətində, M-11 federal magistral yolunda ən azı 41 avtomobil, o cümlədən yeddi yük maşınının toqquşmasına səbəb olan kütləvi qəza baş verib. Rusiya mediasının yaydığı xəbərə görə, hadisə M-11 magistralının 502-ci km-də baş verib.
Əvvəlcə iki yük avtomobili toqquşub, bundan sonra Reno-Duster avtomobili onlara və digər avtomobillərə dəyib.
Qəza nəticəsində yük maşınlarından birinin daşıdığı bitum dağılıb.
Qəzada, Renault Duster avtomobilinin qadın sürücüsü həlak olub. Hadisə nəticəsində ümumilikdə 14 nəfər yaralanıb. Bunlardan dördü uşaq olmala beş nəfəri müxtəlif xsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qəza nəticəsində M-11 pullu magistral yolunda yük maşınlarından ibarət 4 kilometr məsafədə uzanan bir tıxac meydana gəlib. Qəzaya pis hava şəraitinin səbəb olduğu göstərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0