Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Çinin Ukrayna böhranının həlli ilə bağlı təklifləri balanslaşdırılıb - Ekspert

© Sputnik / Виталий БелоусовRusiya və Çin bayraqları, arxiv şəkli
Rusiya və Çin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.02.2023
Abunə olmaq
Ekspert bildirir ki, Çinin belə bir rolu öz öhdəsinə götürə biləcək azsaylı dünya dövlətlərindən biri olduğunu nəzərə alsaq, münaqişənin bu və ya digər tərəfini tutmaq niyyətində olmadığını görərik.
BAKI, 26 fevral — Sputnik. Ukrayna böhranının həlli üçün Çinin təklif etdiyi sənəd balanslaşdırılıb, Pekində real vəziyyəti aydın başa düşürlər, Çin yaxın gələcəkdə aktiv addımlar atmaq niyyətində deyil, lakin perspektivi müəyyənləşdirir. Bunu RİA Novosti-yə Rusiya-Çin Dostluq, Sülh və Əməkdaşlıq Komitəsindən ekspertlər şurasının rəhbəri Yuri Tavrovski bildirib.
Fevralın 24-də Çin Xarici İşlər Nazirliyinin saytında Ukrayna böhranının siyasi həlli ilə bağlı bağlı 12 bəndlik bəyanat dərc edilib. Əsas məqamlar arasında: bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək zərurəti, Moskva ilə Kiyev arasında birbaşa dialoqun bərpası, gərginliyin qarşısını almağa çağırış yer alıb.

"İnanıram ki, bu, Çinin beynəlxalq nüfuzunu yüksəldəcək və uzunmüddətli perspektivdə hardasa onun sülhməramlı roluna ümid etməyə imkan verən çox balanslaşdırılmış sənəddir", - Tavrovski bildirib.

Ekspert onu da bildirir ki, Çinin belə bir rolu öz öhdəsinə götürə biləcək azsaylı dünya dövlətlərindən biri olduğunu nəzərə alsaq, münaqişənin bu və ya digər tərəfini tutmaq niyyətində olmadığını görərik.

"Qalanlar hamısı cəlb olunub. Amma yaxın gələcəkdə çinlilər heç bir addım atmayacaqlar, çünki onlar praktik insanlardır, qarşıdakı aylarda münaqişənin davam edəcəyinə dair fikirə inanırlar. Amma alternativ olmalıdır, çinlilər uzun oynayırlar, məsələn, üç aydan sonra Pekində görüşməyi və Pekin formatında danışıqlara başlamağı təklif etmirlər. Onlar real vəziyyəti aydın başa düşürlər, lakin bunun xaricində müsbət başlanğıc və perspektivə ehtiyac var. Onlar vəziyyti Pekindən gördükləri kimi rəngləyirlər”, - o bildirib.

Sənədin məzmununu şərh edən ekspert qeyd edib ki, bir tərəfdən Çin suverenlik və ərazi bütövlüyü prinsipinə riayət edilməsi məsələsini birinci yerə qoyur, digər tərəfdən bir anda bir neçə çox konkret məqamı: soyuq müharibə zehniyyəti və birtərəfli sanksiyalar siyasətini rədd edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0