Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Xüsusi qabiliyyət tələb edən ixtisaslarda bəzi imtahanlar test üsulu ilə keçiriləcək

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir
BAKI, 24 fevral — Sputnik. Musiqi sənəti istiqaməti üzrə imtahanda abituriyentlərə Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio, Musiqi ədəbiyyatı fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilən hər bir fənnə aid 30 qapalı tipli test tapşırığı təqdim olunacaq.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, abituriyentlərə tapşırıqların cavablandırılması üçün musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 1 saat, Harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, Musiqi ədəbiyyatı fənni üzrə 1 saat 30 dəqiqə vaxt veriləcək.
Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir.
Eşitmənin təyininə aid tapşırıqlar dinləmə qurğusu vasitəsilə təqdim ediləcək. Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20- si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edən tapşırıqlardan ibarət olacaq. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.
Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır, hər bir fənn üzrə minimal müsabiqə balı 6-dır - CƏDVƏL.
Musiqi sənəti istiqamətinin komissiyaları üzrə təyin olunmuş nəzəriyyə fənləri aşağıdakı cədvəldə verilib - CƏDVƏL
29, 69, 30, 73- cü komissiyalar üzrə Harmoniya və solfecio fənnindən imtahan 2 hissədən ibarət olacaq. 1-ci hissə test üsulu ilə, 2-ci hissə isə şifahi şəkildə keçiriləcək.
Daha ətraflı məlumatı hər il çap olunan “Abituriyent” jurnalının Qabiliyyət imtahanları adlı xüsusi buraxılışından əldə edə bilərsiniz. Burada ixtsaslar üzrə müsabiqə şərtləri, proqramlar, qimətləndirmə meyarları və metodiki tövsiyələr təqdim olunmuşdur.
Xəbər lenti
0