CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazanxanalar çöldəki temperatura uyğun işləyir: Şikayəti olan "qaynar xətt"i yığsın

© Sputnik / Murad OrujovQızdırıcının yanında qız
Qızdırıcının yanında qız - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti bəyan edib ki, hava soyuduqca qazanxanalara verilən istiliyin həcmi də artırılır.
BAKI, 24 fevral — Sputnik. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti hava şəraitinin kəskin soyuması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Bunu qurumun mətbuat katibi Elvin Basqallı mövcud hava şəraiti ilə əlaqədar Sputnik Azərbaycan-a açıqlamasında deyib.
O bildirib ki, "Azəristiliktəchizat" ASC-nin balansında olan qazanxanalar çöldəki temperatura uyğun şəkildə çalışır: "Yəni, hava soyuyursa, verilən istiliyin həcmi də artırılır. Əhali və qeyri-əhali qrupu hər hansı problemlə üzləşərlərsə, günün 24 saatı ərzində 956 "Qaynar Xətti"nə müraciət edə bilərlər".
Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı, gecə və səhərin erkən saatlarında Abşeron yarımadasının şimalında qısamüddətli qar yağacağı proqnozlaşdırılıb.
Havanın temperaturu 3°-dək isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 3-6° isti, dağlarda 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.
Xəbər lenti
0