Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya "Şimal axını"ndakı partlayışlarla bağlı ABŞ-dan açıqlama gözləyir

© Guardia Costera Sueca viá AP, Archivo "Şimal axını"ndakı partlayışlar
 Şimal axınındakı partlayışlar - Sputnik Azərbaycan, 1920, 22.02.2023
Abunə olmaq
Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov amerikalı jurnalist Seymur Herşin əvvəllər dərc edilmiş araşdırmasına istinad edib.
BAKI, 22 fevral — Sputnik. Rusiya "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı ABŞ-dan açıqlama gözləyir.
Bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib.
"Biz, həmçinin, Avropanın enerji təhlükəsizliyinə zərbə vuran "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı ABŞ-dan izahat gözləyirik", - deyə Qavrilov bəyan edib.
O, amerikalı jurnalist Seymur Herşin əvvəllər dərc edilmiş araşdırmasına istinad edib ki, bu da "ABŞ hərbçiləri və onların norveçli şəriklərinin sözügedən qaz kəmərlərinin üç qoluna hücum etdiyinə dəlalət edir".
"Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması 2022-ci il sentyabrın 26-da Baltik dənizində törədilmiş cinayətlə bağlı təcili beynəlxalq araşdırma aparılması təklifi ilə BMT-yə müraciət qəbul edib. Sizi obyektivliyə mane olmamağa çağırırıq. Məsul şəxslərin müəyyən edilməsi üçün araşdırma aparılır", - deyə Qavrilov əlavə edib.
Xəbər lenti
0