Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Növbəti 6 ay ərzində tekstil mallarının qiymətlərində dəyişiklik olmayacaq - Ekspert

© Sputnik / Zulfiyya GuluyevaBakıda geyim dükanların birində
Bakıda geyim dükanların birində - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Abunə olmaq
Mütəxəssislər Türkiyədəki zəlzələnin Azərbaycanın geyim bazarına təsiri barədə fikirlərini bölüşüblər.
BAKI, 17 fevral - Sputnik. “Güclü zəlzələ baş verən Malatya, Kahramanmaraş şəhərlərində iri şirkətlərin istehsal fabrikləri yerləşir. Bu səbəbdən də, zəlzələnin əraziyə vurduğu ziyan və ümumi vəziyyəti nəzərə alsaq, növbəti, yəni payız-qış mövsümündə tekstil malların qiymətində artım gözlənilir”.
Bunu Report-a açıqlamasında fervalın 6-da Türkiyənin bir sıra regionlarında baş verən 7,77,6 maqnitudalı iki zəlzələnin Azərbaycanın geyim bazarına təsirini şərh edən Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyətinin sədri Fərid Novruzi deyib.
F.Novruzi hesab edir ki, 2023-cü ilin ilk yarısında qiymət artımı ilə bağlı yenilik gözlənilmir:

“Növbəti 6 ay ərzində, yəni qarşıdan gələn yaz-yay mövsümündə tekstil mallarına müəyyən olunan qiymətlərdə dəyişikliklər olmayacaq. Çünki sahənin qaydalarına uyğun olaraq, bu mövsüm üçün nəzərdə tutulan malların istehsalı prosesi artıq bitib. Qeyd olunan mövsümlərdə yalnız logistika məsələləri ilə bağlı problemlərin olması gözlənilir ki, bu da tədarük zəncirində qırılmaların baş verməsi səbəbindən ola bilər”.

© Sputnik / Anar MustafayevKompüter klaviaturası və kredit kartları, arxiv şəkli
Кредитные карты на компьютерной клавиатуре, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Kompüter klaviaturası və kredit kartları, arxiv şəkli
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov isə hesab edir ki, brend malların istehsalçıları hadisədən təsirlənsə də qısa müddət üçün qiymət artımına getməyəcək:
“Türkiyə elektron ticarət platformaları Azərbaycanda kifayət qədər məşhurdur. Bu baxımdan qardaş ölkədə baş verən zəlzələnin onlayn satışa təsiri bizim ölkəmizdə də hiss ediləcək. Biz də bu prosesi dərindən müşahidə edirik. Düşünürəm ki, brendlər öz adlarını qorumaq naminə zərər dəyməsinə baxmayaraq bahalaşmaya getməyəcəklər".
Onun sözlərinə görə, zəlzələnin qiymətlərə təsirinə gəlincə bu əsasən ölkə daxilində xüsusən də təbii fəlakət baş verən bölgədə istehsal edilən məhsullarda müşahidə edilə bilər.
"Təbii ki, zəlzələnin nəticələrinin hansı müddətdə aradan qaldırılması, həmin bölgələrdəki müəssisələrin öz işlərini hansı tezlikdə bərpa etməsi, ölkədaxili daşınmaların opertativliyinin təmini və başqa bu kimi məsələlər qiymətlərə təsir etməsi mümkündür”, - deyə E.Abbasov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0