Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev Münxendə Avropa Ravvinləri Konfransının prezidenti ilə görüşüb

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Münxendə Avropa Ravvinləri Konfransının prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Münxendə Avropa Ravvinləri Konfransının prezidenti ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Abunə olmaq
Dövlət başmısı 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.
BAKI, 17 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşüb. Bu barədə Azərtac xəbər yayıb.
Bu gün Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə də görüşü olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0