CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Tərtər işi” ilə bağlı dörd nəfərin işi icraata götürülüb

© AFP 2023 / THOMAS COEXMəhkəmə
Məhkəmə - Sputnik Azərbaycan, 1920, 16.02.2023
Abunə olmaq
“Tərtər işi” ilə bağlı 192 zərərçəkən var.
BAKI, 16 fevral — Sputnik. “Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi Bakı Hərbi Məhkəməsi tərəfindən icraata götürülüb.
İş hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Tərtər işi” ilə bağlı 4 nəfərin işi icraata götürülüb, 192 zərərçəkən var.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib (APA).
 Məhkəmə - Sputnik Azərbaycan, 1920, 14.02.2023
CƏMİYYƏT
"Tərtər işi"nə görə həbs edilmiş şəxslərin həbs müddəti uzadılıb
Xəbər lenti
0