Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycana gələn rusların sayı artıb

© AFP 2023 / MLADEN ANTONOVMoskva
Moskva - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Rusiya tur operatorları koronavirus məhdudiyyətlərinin ləğvinin Rusiyadan Azərbaycana turist axınını 30-40 faiz artıracağını bəyan edib.
BAKI, 15 fevral — Sputnik. Rusiya turizm operatorları 2022-ci ildə Azərbaycana səfər etmək istəyənlərin sayının artdığını açıqlayıblar.
Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Turizm Operatorları Assosiasiyasının apardığı sorğunun nəticələrinə əsasən, turoperatorlar Azərbaycana turların sayının artmasına səbəb kimi Rusiya regionlarından birbaşa aviareyslərin açılmasını və biletlərin qiymətinin aşağı düşməsini göstərirlər.
Rusiya turizm mütəxəssislərinin fikrincə, giriş üçün koronavirus məhdudiyyətlərinin olması rusiyalı turistlərin Azərbaycana marağını nisbətən azaldır. Lakin koronavirus məhdudiyyətlərinin ləğvi Rusiyadan Azərbaycana turist axınını 30-40 faiz artıra bilər.
Turoperatorlar rusiyalıların Azərbaycana daha çox ekskursiya və şəhər turlarına, eləcə də müalicə məqsədilə gəldiklərini bildiriblər. Bu il Azərbaycan kurortlarında qış turizmi də rusiyalılar üçün cəlbedici olub.
Xəbər lenti
0