Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi Tibb Fakültəsinə qəbul qaydaları açıqlanıb

© Photo : REPORTTibbi maşın
Tibbi maşın - Sputnik Azərbaycan, 1920, 14.02.2023
Abunə olmaq
Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından hərbi xidmətə yararlı qərarı ilə keçmiş namizədlər buraxılır.
BAKI, 14 fevral — Sputnik. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb və Hərbi feldşer işi ixtisasları üzrə 2023/2024-cü tədris ili üçün qəbul qaydaları açıqlanıb.
Müdafiə Nazirliyinin rəsmi saytından verilən məlumata görə, Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq 6 il müəyyən edilib.
Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından hərbi xidmətə yararlı qərarı ilə keçmiş namizədlər buraxılır.
Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər ödənişsiz əsaslarla təhsil alırlar. Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edirlər və bütün növ təminatlarla təmin edilirlər.
Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək ayda 90 manat, son 2 ili isə ayda 181 manat məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursant və tələbələrin aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 1-30 aprel tarixinədək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.
Xəbər lenti
0