DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avstriya Ukrayna hərbçilərinə "Leopard"ları idarə etmək üçün təlim keçmək niyyətində deyil

© AFP 2023 / HEIKKI SAUKKOMAALeopard 2
Leopard 2 - Sputnik Azərbaycan, 1920, 13.02.2023
Abunə olmaq
Avstriyanın müdafiə naziri Klaudiya Tanner Avstriyanın konstitusiyada təsbit olunmuş neytral statusunu xatırladıb.
BAKI, 13 fevral — Sputnik. Avstriya Almaniya istehsalı olan "Leopard 2" tanklarını idarə etmək üçün Ukrayna hərbçilərinə təlim keçməkdən ötrü öz təlim poliqonlarını vermək niyyətində deyil.
Avstriyanın "ORF" telekanalı ölkənin müdafiə naziri Klaudiya Tannerin bəyanatına istinadən bu barədə xəbər verib.
Onun sözlərinə görə, Ukraynaya dəstək məsələsi hər bir dövlətin öz qanunları çərçivəsində suveren qərarıdır. Tanner Avstriyanın konstitusiyada təsbit olunmuş neytral statusunu da xatırladıb.
Bundan əvvəl Almaniya Nazirlər Kabineti Ukraynaya 14 ədəd "Leopard 2" tankı göndərəcəyini və bu tankların başqa ölkələrə təkrar ixracına icazə verəcəyini təsdiqləyib.
Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev isə cavab olaraq bildirib ki, AFR-in Ukraynaya tanklar göndərmək qərarı münaqişəni yeni qarşıdurma səviyyəsinə çıxarır.
Xəbər lenti
0