SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Misirə işgüzar səfər edib

© Sputnik / Виталий БелоусовCeyhun Bayramov
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 12.02.2023
Abunə olmaq
Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi və “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransda iştirakı gözlənilir.
BAKI, 12 fevral- Sputnik. Fevralın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Twitter hesabında məlumat yayılıb.
Bildirilir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi və Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Misir prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-28-də Azərbaycanda səfərdə olub.
Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin təkbətək və geniş tərkibdə görüşü keçirilib. Prezidentlər görüşdən sonra mətbuata bəyanatlar veriblər.
Səfər zamanı iki ölkə arasında mühüm sənədlər imzalanıb.
Fevralın 6-da isə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Misir Ərəb Respublikasına rəsmi səfərə gedib.
Xəbər lenti
0