Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı beynəlxalq təlim-məşq toplanışına qatılacaq

© Pexels Josh SorensonStolüstü tennis
Stolüstü tennis - Sputnik Azərbaycan, 1920, 12.02.2023
Abunə olmaq
Benjamin Girlingerin adını daşıyan düşərgədə təşkil olunan məşqlər qitənin ən yaxşı mütəxəssislərindən biri sayılan Liu Yan Jun tərəfindən aparılır.
BAKI, 12 fevral — Sputnik. Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışına qatılacaq.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, idmançı seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin müşayiəti ilə Avstriyanın Lints şəhərinə yollanıb.
Quluzadə fevralın 19-dək sözügedən ölkənin U-13 yığması ilə birgə hazırlıqda iştirak edəcək. Benjamin Girlingerin adını daşıyan düşərgədə təşkil olunan məşqlər qitənin ən yaxşı mütəxəssislərindən biri sayılan Liu Yan Jun tərəfindən aparılır. Səfərin məqsədi idmançının ustalıq səviyyəsinin artırılmasıdır.
Qeyd edək ki, Onur Quluzadə müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin və Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışlarına da dəvət alır.
Xəbər lenti
0