Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan əsilli rusiyalı iş adamı Türkiyədə zəlzələ zamanı həlak olub

© Cemal Yurttas / DIA via APTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
Salyan rayonunun Arbatan kəndindən anadan olmuş 58 yaşlı Eldəniz Əliyev iş üçün Türkiyədə səfərdə olub.
BAKI, 10 fevral — Sputnik. Rusiya vətəndaşı, azərbaycanlı iş adamı Eldəniz Əliyev Türkiyədə zəlzələ zamanı dağıntılar altında həlak olub.
Məlumata görə, Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Əliyev iş üçün Türkiyəyə getmişdi.
İş adamının ailəsi onun həlak olduğunu təsdiqləyib.
"Təəssüf ki, həlak olanlar içərisində o da var. Eldəniz özü Rusiya vətəndaşı olub, iş üçün Türkiyəyə, Hatay bölgəsinə getmişdi. O, müvəqqəti olaraq ikimərtəbəli binada qalırdı", - deyə Əliyevin yaxınları bildiriblər.
Onlar qeyd ediblər ki, bu evin dağıntıları altında 40 nəfər adam olub. Yaxınları bildiriblər ki, ilk gün səkkiz nəfər xilas edilib, ardınca 4 nəfərin cəsədi çıxarılıb. Ölənlər içərisində Eldəniz də olub.
Eldənizin cənazəsi Ankaradan Bakıya təyyarə ilə gətiriləcək. İş adamının dəfn mərasimi Salyan rayonunda keçiriləcək.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Oxu.az nəşrinin materialları əsasında.
Xəbər lenti
0