CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zərdabda xaricdən narkokuryerliyə cəlb edilən şəxs tutulub

© AFP 2023 / VALERY HACHENarkotik
Narkotik - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Araşdırma zamanı Asim Hüseynzadənin əcnəbi narkotacirin təsiri altına düşərək pul müqabilində onun üçün narkokuryerlik etdiyi məlum olub.
BAKI, 9 fevral — Sputnik. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Sumqayıt şəhər sakini Asim Hüseynzadə saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda, yəni 4 kiloqram 128 qram narkotik vasitə olan heroin və metadon həbləri aşkar edilərək götürülüb. Araşdırma zamanı Asim Hüseynzadənin əcnəbi narkotacirin təsiri altına düşərək pul müqabilində onun üçün narkokuryerlik etdiyi məlum olub. A.Hüseynzadə Zərdab rayonu ərazisindən götürdüyü narkotik vasitələri 800 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı imiş.
Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.
Faktla bağlı Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xəbər lenti
0