DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə parlamenti 10 vilayətdə fövqəladə vəziyyətin tətbiqi barədə qərar verib

© AFP 2023 / ADEM ALTANTürkiyə Böyük Millət Məclisi
Türkiyə Böyük Millət Məclisi - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Türkiyə Böyük Millət Məclisinin zəlzələ ilə bağlı təsdiqlədiyi fövqəladə vəziyyət rejimi 3 ay müddətində qüvvədə olacaq.
BAKI, 9 fevral - Sputnik. Türkiyə Böyük Millət Məclisi (TBMM) 10 vilayətdə fövqəladə vəziyyətin tətbiqi barədə qərarı təsdiq edib.
Fövqəladə vəziyyət rejimi 3 ay müddətində qüvvədə olacaq.
Qeyd edək ki, fevralın 7-də Türkiyədə zəlzələ ilə bağlı fövqəladə vəziyyət rejimi elan olunub.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi ki, Türkiyə parlamenti bu gün fövqəladə vəziyyətin elan edilməsinini səsverməyə çıxaracaq.
"Fövqəladə vəziyyətin tətbiqi ilə zəlzələ zonasında qanun pozuntularının qarşısı alınacaq", - Türkiyə lideri deyib.
Son məlumatlara görə, Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 64 194 nəfər yaralanıb.
Xəbər lenti
0