Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şimal bölgəsində temperatur mənfi 15 dərəcəyədək enib

Şaxta - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Qubanın rayon mərkəzində qarın hündürlüyü 9 sm, Xaltan 14 sm, Xınalıq 16 sm və Qrız kəndlərində 12 sm olub. Xızının Altıağac qəsəbəsində 7 sm, Qusarın rayon mərkəzində isə 10 sm, Ləzə kəndində isə 20 sm qar müşahidə olunub.
BAKI, 9 fevral — Sputnik. Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 09-na olan məlumatına görə, Qubanın rayon mərkəzində qarın hündürlüyü 9 sm, Xaltan 14 sm, Xınalıq 16 sm və Qrız kəndlərində 12 sm olub.
Xızının Altıağac qəsəbəsində 7 sm, Qusarın rayon mərkəzində isə 10 sm, Ləzə kəndində isə 20 sm qar müşahidə olunub.
Ən aşağı temperatur Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 15 dərəcəyədək enib.
Xəbər lenti
0