CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan xilasediciləri Türkiyənin zəlzələ bölgəsində fəaliyyətlərini davam etdirirlər

© AP Photo / Emrah GurelTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 09.02.2023
Abunə olmaq
Azərbaycan xilasediciləri Kahramanmaraş şəhəri ərazisindəki axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 148 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
BAKI, 9 fevral — Sputnik. Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir yaşlı qadının meyitini çıxarıb.
Azərbaycan xilasediciləri tərəfindən şəhərin Təhsili Mərkəzi prospektindəki binaların dağıntıları altında aşkarlanan qadının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ehtimal edilir ki, həmin ərazidə digər şəxslərin də meyitləri var. Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirilir.
Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 148 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Xəbər lenti
0