DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zəlzələdən həlak olanların sayı 9 mini ötdü - Türkiyədə təbii fəlakət dəhşəti davam edir

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Azərbaycanın xilasediciləri Türkiyədə
Azərbaycanın xilasediciləri Türkiyədə - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Zəlzələdə yaralananların müalicəsi üçün Azərbaycanın tibb müəssisələrində 2 min çarpayı ayrılıb.
BAKI, 8 fevral - Sputnik. Türkiyədə zəlzələ nəticəsində indiyədək 9057 nəfərin həlak olduğu, 52 min 979 nəfərin yaralandığı təsdiqlənib.
Azərtac xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə zəlzələ bölgəsinə səfəri zamanı Hatayda bildirib.
Türkiyə Prezidenti 60-dan çox ölkədən yardımlar gəldiyini deyib və bu sırada Azərbaycan başda olmaqla, İsrailin, Səudiyyə Ərəbistanının, Qətərin və digər ölkələrin dəstəyini xüsusi qeyd edib.
Eyni zamanda, bu ağır dönəmdə çirkin kampaniyalar aparanları kəskin tənqid edib, birlik və həmrəyliyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, zəlzələdə yaralananların müalicəsi üçün Azərbaycanın tibb müəssisələrində 2 min çarpayı ayrılıb.
Xəbər lenti
0