Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1600-ü ötüb

© AP Photo / Khalil HamraSuriyada zəlzələnin fəsadları
Suriyada zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 07.02.2023
Abunə olmaq
Hadisə nəticəsində 3548 nəfər yaralanıb və 175 bina uçub. Məlumata görə, həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var
BAKI, 7 fevral — Sputnik. Suriyadakı zəlzələ nəticəsində həlak olanların sayı 1600-ü keçib. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriyadakı nümayəndə heyətinin rəhbəri Mads Brinç Hansen bildirib.
O qeyd edib ki, hadisə nəticəsində 1602 nəfər ölüb, 3649 nəfər yaralanıb və 175 bina uçub.
Məlumata görə, həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.
Ölən və yaralananların sayının daha da artacağı gözlənilir. Qeyd edək ki, dünən, fevralın 6-da Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb - Sputnik Azərbaycan, 1920, 07.02.2023
HADİSƏ
FHN-in xilasediciləri tərəfindən 3 nəfər dağıntılar altından sağ çıxarılıb
Xəbər lenti
0