Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin Qrossi ilə danışıqları planlaşdırılmır

© Sputnik / Павел БедняковVladimir Putin və Rafael Qrossi
Vladimir Putin və Rafael Qrossi - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Rusiyaya səfəri zamanı "Rosatom" və Xarici İşlər Nazirliyindən olan həmkarları ilə görüşməyi planlaşdırır.
BAKI, 6 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossinin Rusiya Federasiyasına səfəri zamanı onunla danışması planlaşdırılmır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"RİA Novosti"nin yazdığına görə, Kremlin sözçüsü qeyd edib ki, Qrossi Rusiyaya səfəri zamanı "Rosatom" və Xarici İşlər Nazirliyindən olan həmkarları ilə görüşməyi planlaşdırır.
Bundan əvvəl xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rafael Qrossi bu həftə Moskvaya işgüzar səfərə gələcək. Onun sözlərinə görə, Moskva Qrossi ilə dərin və peşəkar söhbətə ümid edir. O, həmçinin, qeyd edib ki, danışıqlar zamanı əsas məsələ Zaporojye AES-in ətrafında təhlükəsizlik zonasının yaradılması olacaq.
Xəbər lenti
0