CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaqatalada məsciddə imamın vəziyyəti pisləşib, xəstəxanada vəfat edib

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 03.02.2023
Abunə olmaq
Tibbi yardıma baxmayaraq, Elşən Musayevi xilas etmək mümkün olmayıb. Onun ürək tutmasından keçindiyi bildirilir.
BAKI, 3 fevral — Sputnik. Zaqatalada məscidin imamı qəfil dünyasını dəyişib. Bu gün günorta namazından sonra rayonun Muğanlı kənd məscidinin imamı, 1980-ci il təvəllüdlü Muğanlı kənd sakini Elşən Mövlud oğlu Musayev yaxınlarının köməyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibbi yardıma baxmayaraq, Elşən Musayevi xilas etmək mümkün olmayıb. Onun ürək tutmasından keçindiyi bildirilir.
Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində alıb.
Xəbər lenti
0