SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rumıniya prezidentinin rəsmi qarşılanma mərasimi olub

© Official website of President of Azerbaijan RepublicRumıniya Prezidenti Klaus Yohannisin rəsmi qarşılanma mərasimi olub
Rumıniya Prezidenti Klaus Yohannisin rəsmi qarşılanma mərasimi olub
 - Sputnik Azərbaycan, 1920, 02.02.2023
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşılayıb.
BAKI, 2 fevral — Sputnik. Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rumıniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verib. Prezident Klaus Yohannis Azərbaycan əsgərlərini salamlayıb.
© Official website of President of Azerbaijan RepublicRumıniya Prezidenti Klaus Yohannisin rəsmi qarşılanma mərasimi olub
Rumıniya Prezidenti Klaus Yohannisin rəsmi qarşılanma mərasimi olub
 - Sputnik Azərbaycan, 1920, 02.02.2023
Rumıniya Prezidenti Klaus Yohannisin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Rumıniyanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Rumıniya Prezidentinə, Rumıniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin qarşısından keçib.
***
Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycanın və Rumıniyanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rumıniya Prezidenti Klaus Yohannisi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Xəbər lenti
0