Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Qanlı göl ətrafında park salınacaq

© Photo : Azerbaijan Highway State Agency"Qanlı göl"ün qərb hissəsi boyunca Yasamal Yaşayış Kompleksinə qədər yeni avtomobil yolu
Qanlı gölün qərb hissəsi boyunca Yasamal Yaşayış Kompleksinə qədər yeni avtomobil yolu - Sputnik Azərbaycan, 1920, 02.02.2023
Abunə olmaq
Mirsalam Qənbərov deyib ki, 6 hektarlıq sahədə ağaclar saxlanılmaqla park salınması planlaşdırılıb.
BAKI, 2 fevral — Sputnik. Qanlı göl ətrafında həyata keçirilən layihə çərçivəsində park salınması nəzərdə tutulur.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə heyətinin sədri Mirsalam Qənbərov bu gün keçirilən ictimai dinləmədə deyib.
"Qanlı göl ətrafında həyata keçiriləcək layihənin əsas üç istiqaməti var. Bundan əlavə, gölün və ətrafının reabilitasiyası, gölün təmizlənməsi, gölün su təchizatı ön plandadır. Həmçinin gölün əhatə dairəsində 6 hektarlıq sahədə şamlıq mövcuddur. Həmin ağaclar orada saxlanılmaqla park salınması planlaşdırılıb", - deyə M.Qənbərov diqqətə çatdırıb.
O qeyd edib ki, ərazidə boş olan yerlər də təqdim olunacaq, şirkətlər tərəfindən yaşayış binaları tikiləcək.
Həmçinin Bakının Yasamal rayonunda yerləşən "Qanlı göl"ün adının dəyişdirilməsi müzakirə edilib, "Yaşıl göl" və ya "Şamlı göl" adlandırılması təklif olunub.
Xəbər lenti
0